Yüklənir...biraz gözləyin
 |
|
 Mərdəkan Mədəniyyət sarayında Xəzər rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Xəzər rayon şöbəsi, Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ordudan tərxis olunmuş gəncərlə rayon gənclərinin görüşü keçirilmişdir.
|
|
|
|
|
 Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında 1 aprel Ümumdünya gülüş gününə həsr edilmiş konsert proqramı keçiirilib.
|
|
|
|
|
 XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.
|
|
|
|
|
 Martın 30-da Mərdəkan mədəniyyət sarayında Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə yekun vurulub.
|
|
|
|
|
 Martın 24-25 tarixlərində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında yaradıcı kollektivin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramı olan Novruz bayramına həsr olunuş “Bahar sərgüzəştləri” adlı şənlik keçirildi.
|
|
|
|
|
 23 Fevral 2018 – ci il tarixində Mərdəkan Mədəniyyət sarayının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Türkan qəsəbəsində yerləşən N saylı hərbi hissəsində Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri olan Xocalıda baş vermiş soyqırıma həsr olunmuş tədbir keçirildi.
|
|
|
|
|
|
|
 |
|
15 iyun – Milli Qurtuluş günüdür |
![]() |
|
|
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

|
|
|
|
Oxunma sayı : 296 | 12-06-2017, 09:37 |
|
|
|
|
Tədbirlər |
Son xəbərlər |
Haqqında |
|
 Mərdəkan Mədəniyyət sarayında Xəzər rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Xəzər rayon şöbəsi, Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ordudan tərxis olunmuş gəncərlə rayon gənclərinin görüşü keçirilmişdir.
|
|
Ordudan tərxis olunmuş gəncərlə rayon gənclərinin görüşü |
 Mərdəkan Mədəniyyət sarayında Xəzər rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Xəzər rayon şöbəsi, Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ordudan tərxis olunmuş gəncərlə rayon gənclərinin görüşü keçirilmişdir. |
 |
|
|
|
|
 Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib.
|
|
MƏRDƏKAN MƏDƏNİYYƏT SARAYI |
 Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildə istifadəyə verilib. |
 |
|
|
|
 |
|
|